Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO

Azərbaycan şou-biznesində özünü “avtoritet” kimi təqdim edən Manaf Ağayev səhnədə özünü biabır edib.
Avtosfer.az manset.az-a istinadən xəbər verir ki, məclisdə ifa zamanı müğənninin səsi onu yarı yolda qoyub. Xaric oxuyan Manaf Ağayev mahnını davam etdirməkdə çətinlik çəkib. Vəziyyəti Aşıq Əli ələ alaraq ifanı davam etdirib və məclisi sözün əsl mənasında xilas edib.
Həmin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Manaf Ağayevin heç vaxt peşəkar ifa etmədiyini, ara müğənnisi kimi fəaliyyət göstərdiyini qeyd ediblər.
Onu da bildirək ki, Manaf Ağayev tez-tez şou-biznes nümayəndələri arasında baş verən söz-söhbətlər zamanı özünü “söhbət həll edən avtoritet” kimi təqdim edir və söhbətlərə müdaxilə edir. Öz təbirincə desək, bu cür mübahisələri həll etməyə çalışır.
Bu məqamda bir faktı da xatırlatmaq yerinə düşər. İllər əvvəl Manaf Ağayev maqazin verilişlərindən birinə açıqlamasında özünü şou-biznesin “imperatoru” adlandırmışdı. Həmin açıqlama mərhum İlhamə Quliyevanın qəzəbinə tuş gəlmiş, daha sonra Manaf Ağayev elə həmin gün gecə saatlarında İlhamə Quliyevanın tapşırığı ilə brilliant mağazasını açdıraraq Xalq artistinə bahalı hədiyyə alıb, ondan bağışlanması üçün yalvarmışdı. Əslində, belə "nəcib" davranışı ilə seçilən Manaf Ağayevin səsinin olmadığını, daha çox ara müğənnisi kimi tanındığını nəzərə alsaq, özünü ara söhbətlərlə reklam etməsi başadüşüləndir...
Qeyd edək ki, 2022-ci ildə Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan səfər etdiyinə görə məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs cəzası almışdı.
***
QEYD: Yazı saytımızda dərc edildikdən sonra bir sıra şou-biznes nümayəndələri portalımızla əlaqə saxlayaraq bildiriblər ki, Manaf Ağayev son illər demək olar ki, toy məclislərinə dəvət edilmir. Bunun səbəbini müğənninin məclislərdə özünü apara bilməməsi və canlı ifa baxımından gözləntiləri doğrultmaması ilə əlaqələndiriblər.
Masazırda lük qapağının yerinə "baçok" qoyublar - VİDEO
Prospektdə görünməyən işıqfor sürücüləri çətin vəziyyətdə qoyur - VİDEO
Bakıda sürücüdən qayda pozan piyadaya sərt irad: “Uşağı vursaydım nə olacaqdı?” - VİDEO
“TikTok”da hədiyyə və baxış üçün özlərini təhlükəyə atırlar - XƏBƏRDARLIQ - VİDEO
Hərəkətdə olan avtomobildə kabab bişirdilər; tənqid edildilər - VİDEO
İsti havaya görə suda boğulanların sayı artır
Kreditlə maşın alan sakinlərin avtomobilləri sonradan əllərindən alındı - Bakıda lizing fırıldağı - VİDEO
Avtobusun təkəri qopdu; avtomobilə və mağazaya ziyan dəydi - VİDEO
Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı - VİDEO
Yasamalda sürücüləri əyilərək keçməyə məcbur edən ağac budandı - FOTO+VİDEO
Keçmiş səhiyyə naziri avtomobilində ölü tapıldı - Bu ölkədə - FOTO










