Taksidə sevişmə qadın məmura 10 min manata başa gəldi - Sürücünün şantajı

Bakıda taksi sürücüsü qadın sərnişini şantaj edib. Avtosfer.az-ın məlumatına görə, Həsən Əkbərov (ad və soyad şərti) adlı taksi sürücüsü ilə sərnişini olan Humay Quliyeva (ad və soyad şərti) arasında münasibətlər yaranıb. Belə ki, qadının “Bolt” şirkətindən etdiyi taksi sifarişinə Həsən “Toyota Prius” markalı avtomobili ilə gəlib. Qadını yaşadığı Binəqədi rayonundakı evindən çalışdığı nazirliyin Yasamal rayonundakı şöbəsinə aparıb. Sonradan qadına zəng edib və mesajlar yazaraq, axşam onu işdən evə aparmaq istədiyini deyib. Qadın işdən sonra İçərişəhərdə iftar məclisinə getmək üçün taksi sifariş etmək istəyib. Lakin səhvən Həsənin mobil nömrəsinə yığıb. Həsən Humayı götürüb əvvəlcə iftar məclisinə, sonra isə yaşadığı Binəqədi rayonuna aparıb. Evlərinə gedərkən yol boyunca aralarında səmimi münasibətlər yaranıb. Sonra Həsən avtomobilin arxa oturacağına keçib və qadınla təbii yolla cinsi əlaqədə olub. Evli və iki azyaşlı uşağı olan Həsən gecə yarı da Humaya görüntülü yığaraq utanmamasını deyib və yataq paltarında olan qadından sinəsini açmasını istəyib. Humay onun istəyini yerinə yetirib. Danışığın sonunda Həsən avtomobili üçün ehtiyat hissələri alacağını deyib və ondan 2000 manat pul istəyib. Lakin Humay ona sadəcə 50 yaxud 100 manat verəcəyini deyib. Həsən maşını ustaya aparacağını, düzəlməsə yeni avtomobil almalı olduğunu bildirib və bunun üçün qadından yüksək məbləğdə pul istəyib. Bunu görən Humay onu “blok”a atıb. Qadının əməlindən əsəbiləşən Həsən isə başqa nömrə ilə ona mesaj yazıb. O, cinsi əlaqədə olduqları və videogörüntülü zəngdə yaşadıqlarının qeydlərini Humaya atıb və yüksək məbləğdə pul istəyib. Əl-ayağa düşən qadın müxtəlif vaxtlarda ümumilikdə Həsənə 10 min 700 manat pul göndərib. Zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib və Həsən Əkbərov saxlanılıb. O, yekun olaraq, Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsiniin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (lent.az)
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO
Almaniyada dərinləşən skuter problemi










