Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN - FOTO

Türkiyənin 51-ci Komando Briqadasının Tuncelinin Hozat rayonundan Aydın vilayətinin Söke rayonuna köçürülməsi Yunanıstanda böyük əks-səda doğurub.
Avtosfer.az xəbər verir ki, Sisam (Samos) adasının tam qarşısında yerləşən Sökədə təxminən 2 min komandonun mövqelənməsi Afinanın əsas gündəminə çevrilib. Yunanıstanlı müdafiə eksperti Yiannos Xaralambides bu addımı "dərin narahatlıq mənbəyi" kimi qiymətləndirib.
Avqust ayında imzalanan Prezident Sərəncamı ilə 51-ci Komando Briqadasının komandiri vəzifəsinə general-mayor Yaşar Karaoğlu təyin edilib.
"Yeni Asır" qəzetinin məlumatına görə, briqadanın Tunceli–Hozat xəttindən Söke Qarnizonuna köçürülməsi ilə bölgədə 2 minə yaxın peşəkar komando xidmətə başlayıb.

Yunanıstanın son dövrlərdə İsraildən hava hücumundan müdafiə sistemləri alması və Egey dənizindəki bəzi adaları silahlandırmasına cavab olaraq Türkiyənin Sökədə hərbi mövqeyini gücləndirməsi Afinada həyəcanla qarşılanıb. Yunanıstan müdafiə dairələrinin təhlillərində Sökədə yerləşdirilən xüsusi komando birliyinin yüksək hərəkət qabiliyyəti və hava yolu ilə sürətli intiqal imkanları xüsusi vurğulanır. Briqadanın birbaşa Sisam adasının qarşısında yer alması məsələnin strateji əhəmiyyətini daha da artırır.
Sökədəki komando qüvvələri Foçadakı 1-ci Amfibiya Dəniz Piyada Briqadası və İzmirin xüsusi təyinatlı qüvvələri ilə vahid sistem daxilində qiymətləndirilir. Yunanıstan mətbuatı Türkiyənin Egey sahıllərində hərbi gücünü ardıcıl olaraq artırdığını və Sökədəki yeni strukturun ciddi nəzarətdə saxlanıldığını bildirir.

Müdafiə üzrə ekspert, doktor Yiannos Xaralambides qeyd edib ki, bu yerləşmə Egeyin mərkəz və cənub hissəsindəki hərbi balans baxımından mühüm rola malikdir. Sökədəki birliyin Foça və İzmir xəttindəki qüvvələrlə birgə fəaliyyəti Yunanıstan üçün kritik təhlükə hesab olunur. Ekspertlər, həmçinin Çanaqqala, Gökçeada, Foça, İzmir və Söke oxu boyunca formalaşan hərbi arxitekturaya xüsusi diqqət çəkirlər./musavat.com
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












