102 yaşlı kişi Ginnesin Rekordlar Kitabına düşdü - Fuji dağının zirvəsini fəth edib - FOTO

Ginnesin Rekordlar Kitabına düşən 102 yaşlı yapon Fuji dağına çıxan ən yaşlı insan olub. Avtosfer.az Yaponiya mediasına istinadla xəbər verir ki, Ginnesin Rekordlar Kitabının saytında verilən açıqlamaya görə, Kokişi Akuzava avqustun 3-də ürək çatışmazlığı ilə bağlı müalicəsini başa çatdırdıqdan sonra ölkənin 3,776 metrlik ən hündür Fuji dağının zirvəsinə çatıb. Fuji Yaponiyanın Honsyu adasında yerləşən aktiv stratovulkandır. Kokişi həftədə bir dəfə bu dağa qalxır. Bu, onun qocalıqda Yaponiyanın ən yüksək dağına ilk dəfə çıxması deyil. Rekordçu sonuncu dəfə 96 yaşında olarkən onun zirvəsinə çıxmışdı. Amma son dırmaşmanı əvvəlkindən fərqli adlandırıb. Yol boyu iki gecəni daxmalarda keçirən Kokişi üç gündən sonra zirvəyə çatıb. Yaponiyanın ən yüksək zirvəsinə yenidən dırmaşmaq istədiyini soruşduqda, rekordçu zarafatla cavab verib: “Daha kifayətdir. Gələn il məndən soruşsanız, bəlkə başqa cavab ala bilərsiniz, amma hələlik bu dırmaşmadan məmnunam”.
Qeyd olunub ki, 102 yaşlı kişi 99 yaşını qeyd etmək üçün Nabevariyama dağının 1272 metrlik zirvəsinə də qalxmışdı.
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO










