Alimlər Marsda yeni mineral kəşf ediblər

Beynəlxalq tədqiqatçılar qrupu Mars planetində qeyri-adi dəmir sulfat birləşməsi aşkar ediblər. Alimlər bu maddənin elmə məlum olmayan tamamilə yeni bir mineral ola biləcəyini ehtimal edirlər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, kəşf planetin nəhəng kanyon sistemi olan Mariner vadisi (Valles Marineris) yaxınlığındakı qədim sulfat çöküntülərində qeydə alınıb.
Tədqiqatlar göstərir ki, Mars səthində dəmir sulfatının nadir forması olan ferrik-hidroksisulfat mövcuddur. Bu maddə Yer kürəsində indiyədək rast gəlinməyən özünəməxsus kristal quruluşa malikdir.
Kükürd Marsda ən geniş yayılmış elementlərdən biridir. Yer üzündə bu cür sulfat birləşmələri suyun təsiri ilə sürətlə həll olsa da, Marsın quru və soyuq mühiti onların milyardlarla il toxunulmaz qalmasına şərait yaradıb. Məhz bu səbəbdən həmin minerallar planetin qədim iqlimi və geoloji şəraiti haqqında məlumat verən təbii "arxiv" rolunu oynayır.
Yeni mineralın mövcudluğu rəsmən təsdiqlənərsə, bu kəşf Marsın geoloji və istilik tarixini yenidən qiymətləndirməyə imkan verəcək. Alimlər hesab edirlər ki, bu cür kimyəvi proseslər Marsın bəzi bölgələrinin ehtimal edildiyindən daha uzun müddət aktiv qaldığını sübut edir.
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX












