Alimlər qorxu hissinin sirrinin açdı - Yaşamaq üçün vacib imiş

Alimlər beynin instinktiv qorxunu necə yatışdırdığını müəyyən ediblər. Bu tapıntının fobiya, narahatlıq və travma sonrası stress pozğunluğu (TSSB) kimi qorxu ilə əlaqəli psixi sağlamlıq problemlərinin müalicəsinə töhfə verəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu elmi jurnalda dərc edilib.
Qorxu yaşamaq üçün vacibdir, lakin real təhlükə olmadığı halda bu hissin yox olması da önəmlidir. Məhz bu prosesi araşdıran elm adamları beynin qorxuya necə qalib gəldiyini müəyyən ediblər.
Tədqiqat çərçivəsində alimlər 100-ə yaxın siçanı bir-bir qapalı əraziyə yerləşdirərək onları genişlənən kölgəyə məruz qoyublar. Bu, yırtıcı quşun hücumu təəssüratını yaradıb. İlkin mərhələdə siçanlar instinktiv olaraq sığınacaq axtarıblar. Lakin 30-50 simulyasiyadan sonra heyvanlar qorxularına alışaraq normal davranışlarına qayıdıblar.
Tədqiqatçılar təcrübələr zamanı siçanların beyin fəaliyyətini izləyərək onların qorxuya qalib gəlmə prosesində hansı sinir mexanizmlərinin işə düşdüyünü müəyyən ediblər.
Beyində qorxu harada saxlanılır?
Tapıntılara görə, qorxu hissinin öyrənilməsi prosesinin ilkin mərhələlərində vizual korteks mühüm rol oynayır. Lakin siçan instinktiv qorxusunu yatırtmağı öyrəndikdə bu informasiya beynin az tədqiq edilmiş ventrolateral genikulyar nüvə (vLGN) adlanan hissəsində saxlanılır.
Əvvəlki araşdırmalarda alimlər əsasən görmə qabığını tədqiq etsələr də bu dəfə qorxunun məhz vLGN-də yadda saxlandığı müəyyən edilib.
Tədqiqatın rəhbəri bu barədə bildirib ki, "biz beynin təcrübə vasitəsilə hansı potensial instinktiv təhlükələrin əslində real olmadığını öyrənməsinə imkan verən mexanizmi aşkar etdik".
Alimlər hesab edirlər ki, oxşar sinir yolları insan beynində də mövcuddur. Bu səbəbdən tapıntılar fobiya, narahatlıq və TSSB kimi psixi sağlamlıq problemlərinin müalicəsində mühüm rol oynaya bilər.
Yeni müalicə üsulları mümkündürmü?
Beynin qorxunu necə basdırdığını anlamaq bu sahələri hədəfləyən yeni müalicələrin inkişafına imkan yarada bilər. Lakin tədqiqatçılar bildirirlər ki, bu istiqamətdə daha çox araşdırma aparmaq tələb olunur.
Eltac Zülfüqaroğlu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










