Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq - DİQQƏT

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlər bir sıra qaydalara əməl etməlidirlər. Bu tələblərin pozulmasına görə bəzi hallarda cərimə də tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişin gediş haqqını vaxtında və tam ödəməli, bileti və ya gediş hüququnu təsdiq edən sənədi saxlamalı, tələb olunduqda nəzarətçiyə təqdim etməlidir.
Şəhərdaxili avtobusda ödəniş etmədən getməyə görə sərnişin 5 manat, şəhərlərarası avtobusda biletsiz getməyə görə 15 manat, beynəlxalq marşrut üzrə avtobusda biletsiz getməyə görə isə 25 manat cərimə edilir.
Qaydalara əsasən, sərnişin avtobusda daşınmasına icazə verilməyən əşyaları aparmamalıdır. Belə baqaj aşkarlandıqda onunla gedişə davam etməyə yol verilmir və təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilə bilər.
Bundan başqa, avtobusda tütün çəkmək də qadağandır. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrut avtobuslarında tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.
Sərnişinlər həmçinin avtobusda müəyyən edilmiş baqaj və əl yükü qaydalarına riayət etməli, öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlərlə daşıyıcıya və digər sərnişinlərə zərər vurduqda həmin zərərin əvəzini ödəməlidirlər.
Qaydaları pozan və cəriməni ödəməkdən imtina edən və ya şəxsiyyəti müəyyənləşdirilə bilməyən sərnişin daxili işlər orqanlarına gətirilə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilən bəzi pozuntular birbaşa sərnişinlərə deyil, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarını həyata keçirən şəxslərə aid məsuliyyət də yaradır. Buna görə hər bir pozuntu üzrə cərimənin kimə tətbiq edildiyini ayrıca müəyyənləşdirmək lazımdır. (yenisabah)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












