Azərbaycanlı nazir Londonda 10 milyona ev aldı – FOTO

Azərbaycanlı bir nazirin Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinq (təxminən 10 milyon 342 min manat) dəyərində mənzil aldığı bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli yayıb. O, sosial şəbəkədəki paylaşımında sözügedən mənzilin keçmiş satış tarixçəsini də təqdim edib.
Jurnalistin iddiasına görə 17 yanvar 2002-ci ildə mənzil 800 min funt sterlinqə satılıb, 19 iyun 2002-ci ildə isə bu qiymət 1 milyon 90 min funtadək yüksəlib (təxminən 36% artım), 29 iyul 2002-ci ildə növbəti satış 125 min funt səviyyəsində qeydə alınıb (əvvəlki qiymətdən 89% ucuz), 19 aprel 2018-ci ildə isə həmin mənzil son satış dəyərindən 3580% daha baha – 4 milyon 600 min funt sterlinqə azərbaycanlı nazirlə əlaqələndirilən şəxsə verilib.
Cavanşir Həsənli qeyd edib ki, qiymətin bu qədər şişməsi ciddi suallar doğurur. O, həmin mənzili aldığı iddia edilən nazirin adını açıqlamayıb./Bakıvaxtı.az

Avtomobilin hava yastığından cadu çıxdı; alıcı maşını almaqdan imtina etdi – VİDEO
Avtomobilin rəngi qəza riskinə təsir edir: Ən təhlükəsiz rəng hansıdır?
Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır
Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA
Avtomobillərdə Start-Stop problemi: Mühərrik işə düşməyə bilər
Bakı və Parisin ortaq nöqtəsi nədir? – MÜQAYİSƏ – VİDEO
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir












