Dəniz suyunda parçalanan plastik hazırlanıb

Yapon alimin rəhbərlik etdiyi beynəlxalq komanda dəniz suyunda yüksək dayanıqlı və bioloji parçalana bilən yeni plastik növünün hazırlanması barədə məlumat verib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, yaradıcıların iddia etdiyinə görə, təkrar emal edilə bilən bu plastik ətraf mühitin çirklənməsini və dünya okeanında mikroplastikin yığılmasını azaltmağa kömək edir.
“RIKEN” Təbiət Elmləri İnstitutunun Yaranan elmi məsələlər Mərkəzindən Aida Takudzonun rəhbərlik etdiyi tədqiqat qrupu Amerikanın “Science” elmi nəşrində tədqiqatların nəticələrini dərc edib.
Qrup qazıntı yanacaq növlərindən hazırlanan ənənəvi plastikləri əvəz edə biləcək materialın yaradılması üzərində işləyirdi.
Tədqiqatçılar polipropilenlə eyni möhkəmlikdə və istiliyə davamlılığa malik olan, rəngsiz və şəffaf yeni plastik növü tapdıqlarını bildiriblər.
Yeni material supramolekulyar plastik adlandırılıb və bu, “strukturları potensial geri çevrilə bilən, qarşılıqlı təsirlərlə qorunan polimerlərdir”.
Aida Takudzonun sözlərinə görə, yeni plastik növü mikroplastik istehsal etmədən təkrar emala və bioloji parçalanmaya məruz qala bilər. Alim, həmçinin bu materialın çoxlu müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyinə də ümid etdiyini bildirib.
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?












