Günəş sistemindən kənarda 6000 ekzoplanet aşkarlanıb

1992-ci ildə astronomlar ilk ekzoplaneti kəşf etdikdən cəmi 30 il sonra ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) 6000 ekzoplanetin mövcudluğunu təsdiqləyib. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb. Yeni nəsil teleskopların işə salınması ilə bu rəqəmin daha da sürətlə artacağı gözlənilir. 2015-ci ilə qədər NASA Kepler missiyasının 1000-ci ekzoplanetini kəşf etdiyini açıqlayıb. Növbəti ildə isə astronomlar 1500-ə yaxın ekzoplanet kəşf ediblər. 2022-ci ilin mart ayında bu rəqəm 5000-ə çatıb. İndi isə elm adamları daha artıq 6000 təsdiqlənmiş ekzoplanetin mövcudluğunu elan ediblər. Əslində 6000 rəqəmi Süd Yolunda mövcud ola biləcək 100 milyard ekzoplanetlə müqayisədə kiçik rəqəm kimi görünə bilər, lakin bizim kimi gənc kosmik sivilizasiya üçün bu, əhəmiyyətli göstəricidir.
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU












