Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər

Günəşdə bu gün baş verən ən yüksək sinifli - X1.5 partlayışından sonra ayrılan plazma buludu aprelin 1-i gecəsi Yerə düşə bilər. Avtosfer.az Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və akademiyanın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıblar. "Vəziyyətin əhəmiyyəti nəzərə alınaraq ilkin və çox sürətli model hazırlanıb. Model göstərir ki, plazma buludu aprelin 1-nə keçən gecə Yerə yaxınlaşaraq onu kənardan əhatə edə bilər. Bu halda planet iki-üç gün Günəşdən gələn maddə axınının içində qalacaq. Ancaq istiqamətdə çox kiçik dəyişiklik olsa, bulud ya Yerə dəymədən yan keçə, ya da onun daha sıx mərkəzi hissəsi planetə çata bilər", - deyə məlumatda qeyd olunur.
***
Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək " X" sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır. Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Martın 30-da Bakı vaxtı ilə saat 07:19-da 4405 (S25E45) ləkələr qrupunda rentgen diapazonunda 49 dəqiqə davam edən X1.5 sinifli partlayış qeydə alınıb. Sonuncu dəfə belə güclü partlayış (X4.2) fevralın 4-də 4366 nömrəli aktiv regionda baş vermişdi. Həmin sahə sonradan Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləmişdi. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik plazma fizikası şöbəsinin Günəş astronomiyası və heliofiziki cihazqayırma laboratoriyasının müdiri Sergey Boqaçov daha əvvəl TASS-a bildirmişdi ki, ilin sonunadək ən yüksək sinfə aid daha 5-10 partlayışın baş vermə ehtimalı var. Rentgen şüalanmasının gücündən asılı olaraq, Günəşdəki partlayışlar beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə bu güc 10 dəfə artır. Bir qayda olaraq, alışmalar günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Azərbaycanda ən çox hansı avtomobillər sürülür? – Rəsmi statistika AÇIQLANDI
Arxa oturacaqda neçə sərnişin otura bilər? – Qanun nə deyir? - VİDEO
Sumqayıtda "məzəli" işıqfor: Hərəkət istiqamətini özün seç - VİDEO - FOTO - YENİLƏNİB
Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? – SƏBƏB
Həbsxanadan filmdəkinə bənzər qaçış
Bakının ən səs-küylü ərazisi; Yasamalda desibel ölçüldü – VİDEO
Elektrikli avtomobilin yürüş məsafəsi nədən asılıdır? – ARAŞDIRMA
İanə qutusundan qızıl sikkə çıxdı - FOTO
Mühərrik yağı əvəzinə qarğıdalı yağı istifadə etdi – 3 000 km yol getdi
Ruslar uşaq dünyaya gətirmək üçün bu ölkəyə axın edirlər – SƏBƏB
“Avqustun 21-i ona 50 illik keçirdim” - “Maşın” deyib keçməyin - VİDEO










