Marsın nadir görüntüləri yayımladı - FOTOLAR

NASA-nın "Psyche" kosmik aparatı Marsın yaxınlığından keçərkən qırmızı planetin nadir görüntülərini qeydə alıb. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, 2023-cü ilin oktyabrında orbitə buraxılan aparat Mars və Yupiter arasında yerləşən "16 Psyche" asteroidinə doğru hərəkət edir. Alimlər hesab edir ki, bu metal tərkibli asteroid erkən dövrdə formalaşmış planet nüvəsinin qalıqları ola bilər. NASA-nın məlumatına görə, aparat Marsın cazibə qüvvəsindən istifadə edərək sürətini artırıb və marşrutunu yeniləyib. Keçid zamanı Mars səthinə təxminən 4,6 min kilometr yaxınlaşan "Psyche" cihazı planetin buz örtüyü, kraterləri və atmosferindəki toz axınlarını əks etdirən minlərlə foto çəkib. Missiyanın 2029-cu ildə asteroidə çatacağı gözlənilir. Tədqiqatın Yer və digər planetlərin daxili quruluşu ilə bağlı mühüm məlumatlar verəcəyi bildirilir.
![]()
![]()
![]()
![]()
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU












