Meteor yağışı olacaq

22 iyun – 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən xəbərə görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.
Qeyd edilib ki, Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır. Bu meteor yağışının mənbəyi "7P/Pons-Winnecke" kometidir. Sözügedən komet 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometin orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaranır.
Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/s sürətlə hərəkət edirlər. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər.
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU












