NASA alimi UNO-larla bağlı sirri açdı: Orada həyat var, gec-tez tapacağıq

Amerika kosmik agentliyi NASA-nın veteran alimi, doktor Centri Li iddia edir ki, yadplanetlilər mövcuddur - onlar sadəcə Yer kürəsinə baş çəkməyiblər.
Avtosfer.az xəbər verir ki, Li ilk dəfə Marsa “Vikinq” missiyasında iştirak etdiyi 1968-ci ildən bəri ABŞ kosmik agentliyində çalışır. O vaxtdan bəri, o, yarım əsrdən çox uzaq planetlərə eniş üçün zondlar hazırlamağa sərf etsə də, “Daily Mail” qəzetinin yazdığına görə, başqa bir dünyadan olan varlıqların heç vaxt Yer kürəsinə səfər etmədiyini iddia edir.
Alim Feniksdə keçirilən Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) konfransında deyib: "Bu gün Yer kürəsinə heç bir yadplanetlinin və ya yadplanetli gəmisinin düşdüyünü göstərən sübut yoxdur. Əgər əksinə inanırsınızsa, deməli, siz xəyal altında hərəkət edirsiniz".
Ekspertin sözlərinə görə, amma uzaq planetlərə gəldikdə, orda haradasa həyat var.
"Biz başqa yerdə həyat formasını tapacağıq. Şanslar çox böyükdür", - alim deyib.
“Daily Mail” qəzetinin şərhinə görə, alimlər ümumiyyətlə yadplanetlilərin həyatı üçün ən yaxşı namizədlərin, qalaktikanın digər yerlərində uzaq ulduzların ətrafında fırlanan "Yerə bənzər" dünyalar olduğuna inanırlar. Belə namizədlərdən biri Yerdən cəmi 40 işıq ili məsafədə və ulduzunun təhlükəsiz "Qoldiloks zonası" daxilində yerləşən Yer ölçülü TRAPPIST–1e planetidir. Digər ümidverici namizəd isə Yerdən 124 işıq ili məsafədə, Şir bürcündə yerləşən K2–18b, tamamilə okeanlarla örtülü nəhəng bir dünyadır. Alimlər onu "Heyes dünyası" adlandırırlar.
Günəş sistemimizdə belə, Saturnun peykləri olan Enselad və Titanda həyatın yaranması və inkişaf etməsi üçün uyğun şərtlər ola bilər.
Li hazırda NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının Günəş Sistemi Tədqiqi Missiyası Direktorluğunun baş mühəndisidir. O, iki asteroidə “Davn” missiyasına, Yupiterə “Juno” missiyasına və Aya “Graal” missiyasına rəhbərlik edib.
"Kosmonavt" adlı yeni sənədli filmi dəstəkləyən Li bildirib ki, “Kepler” kimi kosmik teleskoplar “Süd Yolu”nun qonşu qalaktikasının əhəmiyyətli bir "hissəsini" araşdırıb və digər ulduzların ətrafında fırlanan çoxlu sayda planet aşkar edib.
"Əgər “Kepler”in baxdığı səma parçası bütün “Süd Yolu”nu təmsil edirsə və bunun belə olmadığına inanmaq üçün heç bir səbəbimiz yoxdursa, deməli, təkcə qalaktikamızda təxminən bir trilyon planet var və onların bəzilərində həyatın yaranma ehtimalları olduğunu düşünə bilərsiniz. Gec-tez onun yerini müəyyənləşdirmək mümkün olacaq”, - deyə alim bildirib.(publika.az)
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX












