Şüşə tavanın yeni funksiyası təəccübləndirdi – Günəşdən elektrik istehsal edəcək

Avtomobil şüşələri sektorunun aparıcı şirkətlərindən olan “Fuyao Glass” günəş işığını elektrik enerjisinə çevirə bilən yeni şüşə tavan sistemini satışa çıxarıb.
Avtomobillərdə günəş enerjisindən istifadə ideyası yeni deyil. Lakin nəqliyyat vasitələrinin məhdud səth sahəsi səbəbindən dam və digər hissələrə yerləşdirilən günəş panellərinin istehsal etdiyi enerji avtomobili tam şəkildə hərəkətə gətirmək üçün kifayət etmir.
Avtosfer.az xəbər verir ki, “Fuyao Glass” bu istiqamətdə fərqli həll təqdim edib. Şirkətin hazırladığı texnologiya avtomobilin damını həm şüşə səth, həm də günəş enerjisi generatoru kimi istifadə etməyə imkan verir.
Sistem günəş işığından elektrik enerjisi istehsal edərək əsasən avtomobilin batareyasına əlavə enerji təmin edir. Xüsusilə avtomobilin uzun müddət günəş altında park edildiyi zaman əldə olunan enerji batareyaya əlavə dəstək verə bilər.
Beləliklə, istehsal olunan elektrik enerjisi avtomobilin ümumi enerji sərfiyyatının müəyyən hissəsinin günəş hesabına qarşılanmasına imkan yaradır.
Qeyd olunur ki, günəş enerjisi ilə işləyən avtomobillər üzərində müxtəlif şirkətlər də çalışmalar aparır. Məsələn, Aptera kimi istehsalçıların hazırladığı nəqliyyat vasitələri daha yüngül konstruksiyaya və fərqli dizayna malikdir.
“Fuyao Glass”ın yeni həllini fərqləndirən əsas məqam isə texnologiyanın ənənəvi avtomobillərə inteqrasiya oluna bilməsidir. Şirkətin hazırladığı günəş enerjisi istehsal edən şüşə tavan avtomobilin konstruksiyasını tamamilə dəyişmədən əlavə enerji mənbəyi yaratmağı hədəfləyir.
Eltac Zülfüqaroğlu
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU












