Yer kürəsinin üçdə biri yaşlılar üçün yararsız ola bilər – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

İqlim dəyişikliyi nəticəsində ekstremal isti dalğalarının artması Yer kürəsində ciddi təhlükələr yaradır. Alimlərin xəbərdarlığına görə, qlobal temperaturun daha 2 dərəcə yüksəlməsi nəticəsində ABŞ böyüklüyündə bir ərazi təhlükəli istilərə məruz qalacaq və planetin üçdə biri yaşlı insanlar üçün yaşayış üçün yararsız hala düşə bilər.
Avtosfer.az xəbər verir ki, alimlərin araşdırmalarına əsasən, 1994-2023-cü illər arasında 60 yaşdan aşağı şəxslər üçün təhlükəli temperatur və rütubət şəraitinin olduğu ərazilər Yer səthinin 2%-ni təşkil edib. Lakin bu göstərici 60 yaşdan yuxarı şəxslər üçün 20%-ə yüksəlib. Alimlər hesab edirlər ki, qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən 2 dərəcə yüksələrsə, bu ərazi üç dəfə genişlənəcək.
İsti dalğalarının təsiri hər il daha ölümcül xarakter alır. Məsələn, ötən il Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı temperatur 51,8 dərəcəyə çatıb və nəticədə 1300-dən çox insan həyatını itirib.
Mütəxəssislər bildirirlər ki, ölümcül istilik və rütubət ssenarilərində, əgər bədənin əsas temperaturu 6 saat ərzində 42 dərəcəyə çatsa, bu, ölümə səbəb ola bilər. Proqnozlara görə, qlobal temperaturun 2 dərəcə yüksəlməsi nəticəsində gənclər üçün təhlükə zonaları Yer səthinin 6 faizini, yaşlılar üçün isə 33%-ni əhatə edəcək.
Hazırda ölümcül istilər əsasən dünyanın ən isti bölgələrində qeydə alınır və daha çox yaşlı əhaliyə təsir göstərir. Lakin temperatur artmaqda davam edərsə, bu təhlükə artıq gənc nəsli də əhatə edə bilər.
Eltac Zülfüqaroğlu
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES












