2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinq keçirilib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib.
Avtosfer.az-ın məlumatına görə, brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib.
İcraçı direktor bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı - “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib:
“İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edən yeddi istiqamət üzrə 478 layihə təqdim olunub”.
O qeyd edib ki, 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib:
“Təşkilatın təqdim etdiyi dövlət reyestrindən çıxarışda qanuni təmsilçinin səlahiyyət müddəti bitdiyindən, 452 layihə qəbul edilib. Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib. 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub”.
Daha sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim olunub. Loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanıb. Ümumilikdə loqo ona sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsinə dəstək verməklə yanaşı, həm də həmin şəbəkəni daim nəzarətdə saxlayan qurumu ifadə edir. Simvolda dairənin daxilində yerləşən işarələr dəstək göstərən quruma sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsini 8 guşəli ulduz dövləti, kənarlarından əks olunan yarım dairəvi fiqurlar isə qayğını, işarə sayının məhz 3 ədəd olması isə ölkəmizdə 3-cü sektora aid olan vətəndaş cəmiyyətini ifadə edir. Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələrini elan ediblər.
Oxu.Az
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











