578 avtobus BakıKart-a inteqrasiya edilib - BNA-dan HESABAT

2021-ci vətəndaşlara keyfiyyət və təhlükəsizlik baxımından müasir tələblərə uyğun sərnişindaşıma xidmətlərinin göstərilməsi baxımından yaddan qalan olub. Dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib. Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro 6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus BakıKart-a inteqrasiya edilib.
Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklər 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.
İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib.
Sərnişindaşıma sahəsində görülən işlərin artıq müsbət təsirləri də hiss edilməkdədir. Bu mənada ən əsas göstərici pandemiya zamanı ictimai nəqliyyatda dayanıqlığın təmin olunmasıdır. Digər qeyd olunmalı məqam isə illik səyahət göstəricisidir. Müntəzəm marşrut xəttləri üzrə avtobuslarla səyahət edənlərin sayı ötən illə müqayisədə 11 % artıb. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 %-nin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir. Məlumat üçün qeyd edək ki, hazırda gündəlik olaraq 800 minə yaxın sərnişin ictimai nəqliyyatda nağdsız ödənişdən istifadə edir.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür











