“8 saata görə 5 manat ödəyən vətəndaşın...” – Deputat cərimələrə də ETİRAZ ETDİ

“Cərimələrin və rüsumların artırılmasından əvvəl vətəndaşların maaşı qaldırılmalıdır”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa son günlər ciddi müzakirə mövzusuna çevrilən rüsumların və cərimələrin artırılması məsələsindən danışarkən deyib. Deputatın fikrincə, vətəndaşın marağına toxunan istiqamətdə cərimələrin olması vətəndaşın xeyrinə ola bilməz: “Amma vətəndaşa xidmət edən qurumların, yaxud hüquqi şəxslərin fəaliyyətində olan inzibati hüquqpozmalara görə cərimələrin artırılması vətəndaşın xeyrinədir. Məsələn, parklanma məsələsində cərimələr absurd görünür. Məgər, yetərincə parklanma yeri yaradırsız ki, cərimə də tətbiq edirsiz?
Vətəndaş 5 dəqiqəlik düşüb, aptekdən dərman almaq istəyir, yaxud iş yerinə yaxın yerdə saxlamalıdır. Sən isə parklanma yeri açmısan və qiymətləri kəlləçarxa qaldırmısan. İşə gedən və avtomobilini park etdiyi yerdə 8 saata görə 5 manat ödəyən bir vətəndaşın maaşının böyük hissəsi parklanmaya gedir. Bu, necə vətəndaşın xeyrinə ola bilər? Hər halda bu məqamları nəzərə almaq lazımdır”, - deyə millət vəkili qeyd edib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












