AAYDA ötən il 700 km-dən çox yol təmir edib

2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 728,3 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikib, yenidən qurub və təmir edib.
Avtosfer.az xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, yenidən qurulmuş və təmir edilmiş yolların 128,4 km-i respublika əhəmiyyətli, 425 km-i yerli əhəmiyyətli, 174,9 km-i isə Bakının yollarıdır.
“Təmir və yenidənqurma işlərinin 606,8 km-lik hissəsi investisiya xərcləri hesabına, 121,5 km-lik hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib. Hesabat dövründə 10 yeni körpü tikilib. Bunlardan 4-u İsmayıllı rayonu ərazisində, 5 -i Zəfər Yolunun üzərində, biri isə Ağcabədi rayonu ərazisində istifadəyə verilib”, - deyə sədr əlavə edib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












