Abşeronda ödəmə terminalından oğurluq edildi - REAL VİDEO

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.
Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib.
"Röyal Məmmədyarovun paytaxt və Abşeron rayonu ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildiirlib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












