Abşeronda sərnişin avtobusunu idarə edən koronaviruslu sürücü aşkarlanıb - VİDEO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində növbəti profilaktik tədbir keçirilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbir zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əmək etməyən şəxslər müəyyən edilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. Xırdalan şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 27 şəxsə protokol tərtib edilib.
Reyd zamanı həmçinin aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü də aşkar edilib. Polis əməkdaşları 523 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Abşeron rayonu ərazisində COVID-19 virusunun yauyılmasının qarşısınnın alınması istiqamətinə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












