Adlarına şirkət açılıb, xəbərləri olmayıb - Abşeron sakinlərinə yarım milyon manat borc yazılıb - VİDEO

Abşeronda vətəndaşları aldadaraq onları işlə təmin edəcəklərini deyiblər. Sənədlərini düzəltmək üçün onlara avans olaraq 100 manat da veriblər.
Abşeron rayonunda Yolçuyevlər ailəsi dələduqluq faktı ilə üzləşiblər.
Onlar iddia edir ki, Asif və Alim adında iki şəxs onları aldadıb. "Padişah Karqo" MMC-də işləyəcəklərinə dair adlarına VÖEN açıldıqdan sonra onlara külli miqdarda borc yazılıb.
Zərərçəkmiş Ceyhun Yolçuyev sonradan aldadıldığını başa düşsə də, artıq gec olub.
Zərərçəkmişlərin anası Saatxanım Yolçuyeva deyir ki, övladlarını pandemiya dövründə işsiz qaldıqları vaxt aldadaraq tora salıblar. Onların adına yalandan şirkət açıb yarım milyon borc yazdırıblar. Hadisəni törədən şəxslərlə dəfələrlə əlaqə də saxlayıblar. Ancaq onlar müxtəlif bəhanələr gətiriblər.
Vətəndaşlar onları aldatdığını iddia edən şəxslərdən biri, Asif Quliyevlə telefonla əlaqə saxlayıblar.
Zərərşəkmişlər hadisə baş verən vaxt Bakının Nəsimi rayonu ərazisində kirayədə yaşayırlarmış. Onların adına ümumilikdə yarım milyondan çox borc yazılıb. Məsələ ilə bağlı vətəndaşlar hüquq- mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












