Adnan Əhmədzadə İsveçrədə yarım milyonluq cərimə edilibmiş

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə 225 000 İsveçrə frankı (günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.
İsveçrə mediasında həmin vaxt olayın təfərrüatı yazılıb.
Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.
Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus “Audi” markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada iş adamını dərhal dayandırıblar, sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyini müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib.
Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”. Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna edilməyib.
Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üçillik dayandırılmış cərimə ləğv edilib. Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225 000 CHF məbləğində cərimələnib.
Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










