Aeroportda niyə noutbuku yandırmağı tələb edirlər?

"Hörmətli sərnişin, xahiş edirik, noutbukunuzu yandırın" - yəqin ki, aeroportda təhlükəsizlik baxışından keçərkən, təhlükəsizlik əməkdaşları tərəfindən sizə ünvanlanan bu sözləri eşitmisiniz.
Niyə bizdən noutbukumuzu yandırmağımızı istəyirlər?
Avtosfer.az aviatravel.az-a istinadən bildirir ki, bütün hava limanlarında təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilir. Bunlara baqajların, mobil cihazların və digər əşyaların yoxlanması aiddir.
Bəs, heç özünüzə sual vermisinizmi niyə məndən yoxlanış zamanı noutbukumu yandırmağımı tələb edirlər?
Bu əlbəttə ki, terorizmlə mübarizə üçün birbaşa təhlükəsizlik tədbirlərinə riayət etməkdir. Əldəqayırma partlayıcı qurğular sərnişin, ekipaj və işçi heyət üçün böyük bir təhlükə yaradır. Belə ki, Amerika kəşfiyyatına görə terrorçular noutbuklarda partlayıcı maddələr daşıya bilərlər. Bu səbəbdən işləməyən qurğular aeroport əməkdaşlarında şübhə yarada bilər. Ona görə, sizdən təhlükəsizlik baxışı zamanı noutbukunuzu yandırmağınızı xahiş edirlər. Bu əlbəttə ki, yalnız noutbuklara deyil, bütün qurğulara aiddir. Həmçinin, maye və gellərinizi tutumu 1 litrdən artıq olmayan şəffaf plastik paketlərə (20sm x 20sm) qoymağınız tövsiyyə olunur. Yox, əgər, maye və gellərinizi özünüzlə hava gəmisinə götürmək istəyirsinizsə, hər bir konteynerin həcmi 100 ml-dən artıq olmamalıdır. Onların ümumi həcmi 1 litrdən çox olmamalıdır. Diqqət yetirin ki, 200 ml həcmli şüşə qab yarıya qədər dolu olduqda belə, o 200 ml hesab ediləcək. Üst geyiminizi, papaq və ya boğazlı ayaqqabılarınızı çıxarıb, konnteynərə yerləşdirib, x-ray aparatından keçirin. Bu xırda qaydaları bilmək sizin vaxtınıza qənaət edəcək. Ən əsası isə uçuş öncəsi "kefinizə soğan doğramayacaqlar".
Axı, ehtiyat igidin yaraşığı olduğu kimi, aeroportların da yaraşığıdır.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












