Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ - YENİLƏNİB

Xəbərlər 7 Avqust 2026 22:26
Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ    - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.

Avtosfer.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.

Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

***

Ağdaşda erkən nikahın qarşısı alınıb.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olmadığı məlum olub.

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması diqqətlərinə çatdırılıb.

Faktla bağlı zəruri bütün tədbirlər icra edilib, planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh