Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - Cinayət işi açıldı

Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Belə ki, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra işin daha ətraflı araşdırılmasına zərurətin olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar çıxarılıb.
Xatırladaq ki, bu ilin aprelində Adil Rzayevin atası Ərəstun Rzayev saytımıza müraciət edərək övladının həkim səhlənkarlığının qurbanı olmasını bildirmişdi. O, oğlunun Respublika Diaqnostika Mərkəzində həkim-cərrah İlqar İsmayılov tərəfindən əməliyyat edildiyini, lakin əməliyyatın düzgün icra edilmədiyini bildirmiş və həkimin məsuliyyətə cəlb edilməsini tələb etmişdi.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












