“Air Astana”nın bütün reysləri yanvarın 7-dək ləğv olunub

Qazaxıstanın “Air Astana” şirkətinin bütün aviareysləri yanvarın 7-dək (saat 14:00-dək) ləğv olunub.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi nümayəndəsi Tlek Nabijanulı bildirib.
Onun sözlərinə görə, reyslərin ləğv olunmasının səbəbi internet şəbəkəsinin olmamasıdır, hansı ki təyyarələri uçuşlara hazırlamaq üçün mühəndis yoxlamaların və qeydlərin aparılması üçün zəruridir.
Qeyd edək ki, bu gün "Air Astana"nın Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.
Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.
Dünən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.
APA
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











