Aktiv koronavirus xəstəsi metal qəbulu məntəqəsində aşkarlandı - FOTO-VİDEO

Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, aktiv koronavirus xəstəsi olan rayonun Türkədi kənd sakini Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyən edilib və yaşadığı evə geri qaytarılıb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür











