Almaniya hökumət nümayəndələri Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırılıb

Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə Almaniya Federativ Respublikasının hökumət nümayəndələrinə və Bundestaq üzvlərinə rəsmi müraciətlər ünvanlanıb.
Bu barədə Avtosfer.az-a Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev məlumat verib. Onun sözlərinə görə, müraciət Alyansın və Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə həyata keçirilib. Təşkilat sədri bildirib ki, müraciət bir sıra tanınmış icma üzvləri və elm adamlarının şəxsi imzası ilə ünvanlanıb. Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyi və azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, dəhşətli qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs insanlığa sığmayan vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. N.Abdullayev əlavə edib ki, həmçinin müraciətdə hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığı da qeyd edilib və Almaniyanın hökumət nümayəndələri və Bundestaq üzvləri Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırılıb. Bildirilib ki, bu, nəinki Azərbaycan, eləcə də dünyada bu günlərdə ehtiyac duyulduğu bir daha görünən ədalətli bəşəriyyətin qurulması istiqamətində atılacaq ən önəmli addımlardan biridir.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










