Ankarada "Eko İqlim" zirvəsi davam edir: Aqil Ələsgər Metsamor AES-in təhlükələri barədə danışdı - FOTOLAR

Türkiyənin paytaxtı Ankarada dünyada ilk dəfə olaraq keçirilən “Eko İqlim” iqtisadiyyat və iqlim dəyişikliyi zirvəsi davam edir.
Avtosfer.az xəbər verir ki, çoxsaylı dövlət və hökumət rəsmilərinin, ictimai qurum və təşkilat rəhbərlərinin, akademiklərin qatıldığı zirvədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu çıxış edib. Zirvə çərçivəsində müxtəlif mövzulu fərqli panellər təşkil edilib. İnternet Media və İnformasiya Federasiyasının (İMEF) sədr müavini Nizaməddin Bilicinin moderatorluğu ilə keçirilən “Medianın gözü ilə iqlim böhranı” adlı paneldə Balkan Strateji Araşdırmalar Mərkəzinin sədri Rıfat Səid, Almaniya Beynəlxalq İnternet Media və Kommunikasiya Birliyi Dərnəyinin qurucularından Ərdal Altundaş, “Turkish Press” İdarə heyətinin sədri İsmayıl Karakaş, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Balıkəsir Jurnalistlər və Yazarlar Birliyinin sədri Səmra Aman Akyürək və Ədirnə Gənc Sahibkarlar Dərnəyinin İdarə heyətinin sədri Nevsər Əraslan çıxış ediblər. Çıxışçılar məruzələrində iqlim və ekosistem barədə əhalinin məlumatlandırılmasında medianın roluna diqqət çəkərək mətbuatda bu sahə üzrə maarifləndirici informasiyaların verilmə intensivliyinin artırılmasının vacibliyini vurğulayıblar. “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə çıxışında Qarabağda ermənilər tərəfindən 30 il ərzində törədilən terrorun iqtisadi və ekoloji tərəflərindən danışıb, mənfur qonşularımızın yalnız azərbaycanlılara deyil, təbiətə də ziyan vurduğundan bəhs edib. Metsamor Atom Elektrik Stansiyasından da danışan Aqil Ələsgər bildirib ki, sözügedən stansiya birbaşa Türkiyə üçün təhlükə ərz edir. Çıxışlardan sonra xatirə fotosu çəkdirilib. Qeyd edək ki, dünyanın 10-a yaxın ölkəsindən və Türkiyənin 81 vilayətindən 21 mindən çox iştirakçının qatıldığı iqlim zirvəsində Azərbaycandan da heyət iştirak edir. Azərbaycan heyəti “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili, Medianews.az informasiya portalına baş redaktoru Xəyalə Rəis və başqalarından ibarətdir.


Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO










