ASELSAN-ın rəhbəri: "PUA-lar Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi"

"PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi".
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.
"Öncəliklə, Azərbaycan xalqının Qarabağ zəfərini bütün səmimiyyətimlə təbrik edirəm. Bu, bizim üçün də inanılmaz xoşbəxtlik verən hadisədir. Başda Ali Baş Komandan, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu zəfər üçün gördüyü hazırlıq sonda qalibiyyət gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu", - o vurğulayıb.
"Report"
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












