Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonu ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmçinin rayonun Şiyəkəran kəndi ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində də karantin rejim qaydalarının pozulduğu aşkarlanıb. Həmin toyun təşkilatçısı Ş.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












