Ata 7 yaşlı qızına "sürpriz edəcəyəm" deyib onu öldürdü

İstanbulun Pendik şəhərində 7 yaşlı qızının boğazını kəsərək öldürən ata eyni bıçaqla öz boğazını kəsərək intihara cəhd edib.
"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kavakpınar Məhəlləsindəki evlərin birində baş verib. İddiaya görə, psixoloji problemləri olan və həyat yoldaşının ondan boşanması üçün məhkəməyə müraciət etdiyini öyrənən Habip Öztürk evdə 7 yaşlı qızı Dəfnəni qətlə yetirib.
Qızının boğazını kəsərək öldürən Həbip Öztürk eyni bıçaqla öz boğazını da kəsərək intihara cəhd edib. Evdən gələn qışqırıqları eşidən polis əməkdaşları hadisə yerinə gəlib.
Daha sonra Təcili Tibbi Yardım həkimləri hadisə baş verən ünvana gəlib və 7 yaşlı Dəfnənin öldüyü məlum olub. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırlıb.
Prokuror və polisin araşdırmasından sonra məlum olub ki, Həbip Öztürk qətli törətməzdən əvvəl “Sənə sürpriz edəcəm” deyərək qızını nənəsigildən götürərək evə gətirib və qanlı cinayəti törədib.
Araşdırma aparılır.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO














