Azad edilmiş ərazilər elektrik enerjisi ilə təchiz edilir - VİDEO

''Cari ildə Qarabağ regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub. Şuşa şəhərinin baş planına uyğun olaraq 9 yarımstansiyanın tikintisi nəzərdə tutulub. Həmin yarımstansiyaların 6-sı tikilməkdədir, 3-nün isə tikinti quraşdırma işləri bitmək üzrədir''.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib.
O qeyd edib ki, istifadəyə veriləcək yarımstansiyalardan çıxan elektrik naqilləri yerin altı ilə çəkiləcək. İlk dəfə olaraq yarımstansiyadan abonentin sayğacına qədər, hətta sayğacda olan məlumatları belə rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə onlayn oxumaq və idarə etmək mümkün olacaq.
Kəlbəcər şəhərində də müvafiq işlər davam etdirilir. Əksər hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Eyni zamanda Güləbirddən Laçın dəhlizinə qədər, eləcə də həmin dəhlizdən keçməklə Minkənd istiqamətində yeni xətlərin çəkilişinin 70%-dən çoxu icra olunub.
Qurumun departament direktorunun müavini İsa İsazadə isə bildirib ki, sahibkarların müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədilə qurum tərəfindən elektron müraciətlərin idarə olunması sistemi yaradılıb. Bununla da onların enerji təchizatı şəbəkəsinə qoşulması asanlaşıb.
Yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təminatı məsələsi də gündəmdə olub. Qeyd edilib ki, təkcə ötən il 80-dən artıq kənd və yaşayış massvinin elektrik enerjisi sistemi tamamilə yenidən qurulub.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











