Banner

AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi

Xəbərlər 9 Oktyabr 2026 20:01
AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi
WhatsApp kanalımıza abunə olun

“Azərbaycan Hava Yolları” QSC-nin Moskva istiqamətində bir sıra reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 9-da səhər saatlarında həyata keçirilən Bakı–Moskva (Domodedovo) istiqamətindəki J2-185 nömrəli reys Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiqi səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

Bakı–Moskva (Vnukovo) istiqamətindəki J2-805 nömrəli reys isə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Mövcud vəziyyət səbəbindən Bakı–Moskva–Bakı marşrutları üzrə J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

AZAL vəziyyəti izlədiyini və sərnişinlərə zəruri dəstəyin göstərilməsi üçün tədbirlər gördüyünü bildirib. Uçuş cədvəlindəki dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.

Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh