Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.
Avtosfer.az xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. “Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, - deyə təbrikdə qeyd olunub. Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












