Azərbaycan-Rusiya sərhədində yükdaşıma üçün əlavə zolaq istifadəyə verilib

Rusiya-Azərbaycan sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar buraxılış məntəqəsində yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu, məntəqənin buraxılış gücünün 100 avtomobil artıracaq.
Məqsəd yük avtomobillərinin Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin ərazisindən sürətli çıxışının təmin edilməsi, növbədə gözləmə müddətinin əhəmiyyətli dərəcədə azaldılmasıdır.
Hazırda bu buraxılış məntəqəsində yük normadan 1,5 dəfə artıqdır və hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.
“Anti-Rusiya sanksiyaları və Rusiyanın Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbatı xüsusilə artır. Belə ki, Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsi Rusiya-Azərbaycan sərhədinin ən böyük və ən sıx keçid məntəqəsidir. Azərbaycan, Türkiyə və İrandan malların, ilk növbədə faraş meyvə-tərəvəzin Rusiyaya çatdırılmasının ritmi onun işindən asılıdır. Biz bu cür məhsulların prioritet rəsmiləşdirilməsini təmin etmək üçün bütün lazımi inzibati və təşkilati tədbirləri görürük”, - deyə Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib.
Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. Yenidənqurma işi başa çatdıqdan sonra məntəqənin buraxılış qabiliyyəti sutkada 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4 000 nəfər olmalıdır.
“Report”
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












