Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır – RƏSMİ

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər.
Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir”. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib. “Azərbaycana da Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Amma belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib. Burada da məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












