Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklif olunur - ADLAR

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir.
İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmür.
“Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir.
Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - baş direktor vurğulayıb.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











