Azərbaycanda əmək pensiyası artırıldı

Azərbaycanda yaşayış minimumu, ehtiyac meyarı, əmək pensiyasının minimum məbləği artırılıb.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu yanvarın 1-dən ölkə üzrə 196 manatdan 210 manat qaldırılıb.
Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 200 manata qaldırılıb.
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə əsasən isə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunub. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılıb. Ötən il əmək pensiyasının minimum məbləği 200 manat olub.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











