Azərbaycanda istehsal edilən tibbi maskaların qoruyuculuq faizi açıqlanıb

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.
S.Babayeva bildirib ki, tibbi maskanı təşkil edən əsas material medblaumdur: "Üçqatlı maskanın ortasında yerləşən həmin qat virusların həm kənardan orqanizmə, həm də orqanizmdən ətrafa ötürülməsinin qarşısını alır. Lakin tibbi maska 4 saatdan bir dəyişdirilməlidir", - deyə S.Babayeva bildirib.
O qeyd edib ki, maskanın virusdan qorumaması barədə deyilənlər tamamilə yanlış fikirdir:
"Bu virus gözəgörünməz bir düşməndir. İnsanlar maskanın orta qatında olan medblaumu görmürlər. Mikroskop altında bunu aydın görmək olar. Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir, orta qat onu necə saxlayır, onlar bir də bu sualı verməzlər", - deyə S.Babayeva qeyd edib.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












