Azərbaycanda kənd məktəblərində narkotik tapılıb? - AÇIQLAMA

“Məktəblilər və tələbələr arasında narkotik istifadəçilərinin olması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır”.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bunu qəsdən yayırlar ki, cəmiyyətdə çaşqınlıq yaransın:
“Heç bir fakt yoxdur. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta feyk-nyuslar belə diqqətdən kənarda qalmır. Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr də daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Qazax rayonunda kənd məktəblərində narkotik vasitənin tapıldığına dair məlumat yayılmışdı.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












