Azərbaycanda Qarabağla bağlı animasiya filmləri çəkilir - VİDEO

Qarabağla bağlı 2 animasiya filmi hazırlanır. "Tarix" və "Qarabağ nağılı" adlı filmlərin cari ilin ilk yarısında təhvil veriləcəyi planlaşdırılır. ''Tarix'' filminin baş qəhrəmanı qarabağın işğalı ilə barışmayan 10 yaşlı oğlandır. ''Qarabağ nağılı'' filmi isə zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir.
Qarabağla bağlı 2 animasiya filmi çəkilir. "Tarix" və "Qarabağ nağılı" adlı filmlər cari ilin ilk yarısında təhvil veriləcək. "Tarix" filminin rejissoru Ceyhun Türksoy deyir ki, 4 aya yaxındır animasiya filmi üzərində iş gedir. Xronometrajı 3-4 dəqiqə olan filmin əsas qəhrəmanı Qarabağın işğalı ilə heç cür barışmayan 10 yaşlı oğlandır. "Qarabağ nağılı" adlı filmin rejissor və ssenari müəllifi isə Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır. Qeyd edək ki, ötən ilki müsabiqədə seçilən 11 film layihəsinin istehsalı tamamlanmaq üzrədir. Bunlardan cəmi 2-si animasiya filmidir. Mədəniyyət Nazirliyi bu il də müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan ediləcəyini bildirib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












