Azərbaycandan Ermənistana göndərilən dizel Bakıdan yola düşüb - YENİLƏNİB

Bu gün Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Avtosfer.az xəbər verir ki, 15 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
***12:00
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir.
Avtosfer.az xəbər verir ki, bu gün Azərbaycandan Ermənistana 15 vaqon (887 ton) dizel yanacağı göndəriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












