Azərbaycanın nəqliyyat və logistika konsepsiyası hazırlanıb - VİDEO

Azərbaycanın vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb.
Bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, bu konsepsiyada işğaldan azad olunmuş ərazilərdə inşa edilən yolların stress testlərinin nəticələri əks olunub.
Artıq işğaldan azad olunmuş ərazilərin təxminən 52%-i mobil şəbəkə üzərindən internetlə əhatə olunub. Rəşad Nəbiyevin sözlərinə görə, qısa müddətdə ölkənin işğaldan azad edilmiş ərazilərinin internetlə təmin olunması bir daha Azərbaycanın iqtisadi potensialından xəbər verir. Gələn ildən etibarən isə sabit şəbəkənin də inkişafına başlanacaq.
Təhsil naziri Emin Əmrullayev isə Qarabağda tikiləcək məktəblər məsələsinə toxunub. Nazir bildirib ki, Qarabağda qazanılan qələbə təhsildə yeni mərhələnin başlanğıcıdır.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Cənubi Qafqazda yeni geosiyasi reallığın meydana gəldiyini bildirib. Onun sözlərinə görə, regionda dayanıqlı sülh və çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə deyib ki, azad olunmuş ərazilərdə biznesin qurulması ilə bağlı 900-dən çox müraciət daxil olub. Onun sözlərinə görə, bu müraciətlərdən 441-i investisiya layihələri, 488-i isə iş və xidmətlərin təşkili edilməsi ilə bağlıdır. Xarici investorlardan daxil olan müraciətlərə gəldikdə isə, ümumilikdə 31 ölkə üzrə 305 layihə daxil olub.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən konfransın sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










