Azərbaycanın qızıl və gümüş ehtiyatlarının həcmi BİLİNDİ - FOTO

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 11 ay ərzində ölkəmizdə 7 897 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.
Onların ümumi hasilatı 2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 588,6 kiloqram və ya 8,1 faiz artıb. Bu dövr ərzində 3 196,9 kiloqram qızıl, 4 700,1 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,2 faiz azalıb, gümüş hasilatı isə 17,3 faiz artıb.
Bildirilib ki, 1 dekabr 2021-ci il tarixinə görə, ölkədə 214,6 kiloqram hazır qızıl ehtiyatı, 556,8 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrünə nisbətən qızıl ehtiyatların həcmi 32,3 faiz azalıb, gümüş ehtiyatları 6,1 dəfə artıb.
Əlavə edək ki, müvafiq dövrdə 2 350,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalıb. Bu məhsul növü üzrə 322,5 ton hazır ehtiyat yaranıb.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












