Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı hökumətə təklif verildi - VİDEO

Son dövrlər koronavirusa yoluxanların sayında ciddi azalma olduğundan ölkəmizdə karanatin rejimi çərçivəsində yumşalmalar tətbiq edildi, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də növbəti mərhələdə sərhədlərin açılması təklif edilir.
Avtosfer.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov quru sərhədlərinin açılmasının da zəruri olduğunu vurğulayır. Onun sözlərinə görə, proses mərhələli şəkildə həyata keçirilə bilər.
İqtisadçı alimin fikrincə, quru sərhədlərin bağlı qalması turizm sektoruna ciddi zərər vurur.
Millət vəkili əlavə edib ki, ölkə iqtisadiyyatında gəlirlilik baxımından neft-qaz sənayesindən sonra turizm sektoru ikinci yerdə qərarlaşıb. Quru sərhədlərinin açılması ilə bağlı veriləcək qərar adıçəkilən sektorda böyük irəliləyişə səbəb ola bilər.
Pandemiyadan əvvəl Azərbaycanın turizmdən gəliri illik 2.7 milyard dollara çatmışdı, il ərzində ölkəmizə gələn turistlərin sayı 3 milyondan çox idi. Pandemiyanın mövcud təsirləri nəticəsində bu rəqəm 800 minə düşüb.
Vüqar Bayramov deyir ki, bununla bağlı hazırlanmış təklif hökümətə təqdim olunub.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini 2020-ci ilin mart ayında bağlayıb.
Xatırladaq ki, martın 8-ində Bizim.Media saytında Azərbaycan-Rusiya quru sərhədlərinin açılması məsələsi ilə bağlı material yayımlanıb. Millət vəkili Razi Nurullayev Operativ Qərargaha quru sərhədlərin açılması ilə bağlı çağırış edib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










