Azərbaycanın xarici dövlət borcu AZALIB

2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 %-ini təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bu, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində yaranmış öhdəliklərdir “Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 %-ini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 %-ini təşkil edir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb”, - məlumatda deyilir Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir. 2022-ci il yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 %-ini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 %-ini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi ardıb. Bu artıma təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












