Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrinin sayı artırılacaq

“Bu gün qərara alındı ki, iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayı artırılsın”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. O bildirib ki, Pandemiya dövründə hava nəqliyyatı iki ölkə arasında dayanmışdı: “Artıq bu bərpa olunub. Bütün sahələrdə əməkdaşlığın inkişafı, ikitərəfli əlaqələrin daha da inkişafının şahidi olacağıq”. Qasemi Prezident Rəisinin prezidentliyi dövründə İranın bütün dünya ölkələri ilə, xüsusilə qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq və bunu inkişaf etdirmək istədiyini əlavə edib. O bildirib ki, artıq 4 aydır Komissiyasının həmsədridir: “Şahin Mustafayevlə görüşlərimiz olub. İranla Azərbaycan xalqlarını bir-birinə birləşdirən çox bağlar var. Bugünkü iclasda imzalanan sənədlər yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyəsinin həcmini Prezidentlərin istədiyi səviyyəyə qaldırmağa imkan verəcək. Bu gün Prezidentlə də bizim görüşümüz baş tutub. Cənab Prezident də vurğuladı ki, İranın şirkətləri azad olunmuş ərazilərdə bərpa işlərində iştirak etsinlər. Biz bu görüşdə əməkdaşıığın genişləndirilməsi üçün yol xəritəsi cızdıq”.
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT








